Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib
  • 55
  • 6 noyabr 2025, cümə axşamı

Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib

Kənd Təsərrüfatı Nazirliyində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

8 Noyabr - Zəfər Günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı”nın birgə təşəbbüsü ilə baş tutub.

Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Nazirliyin və tabeli qurumlarının əməkdaşları iştirak edib.

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ