DA Switch Pro

  • Упаковка: 0.5 kq

  • Источник: Çin

  • Активный ингредиент: Fludioxonil 250 qr/kq, Cyprodinil 375 qr/kq

  • Тип ингредиента: WG

Количество

Поделиться :

Facebook Instagram Whatsapp

İstifadə üçün göstəriş:

 

BİTKİLƏR

 

ZƏRƏRVERİCİNİN ADI

İSTİFADƏ NORMASI    kq, lt/ha

KİMYƏVİ MÜBARİZƏNİN İSTİFADƏ VAXTI

Alma, armud, ərik, şaftalı, nar, heyva, albalı, gilas, sitrus meyvələri

Boz çürümə (Botrytis cinerea), Klasteosporoz (Clasterosporium carpophilium), Albalıda göbələk xəstəlikləri (Prunus spp.), Monilioz (Monilia spp.), Dəmgil, Qara ləkə

 

 

0.8-1.0

 

Vegetasiya dövründə çiləmə (2-3 dəfə)

 

 

Üzüm

 

Boz çürümə (Botrytis cinerea, Charrinia diplodiella), Aspergillus niger van Thieghem

 

 

0.8-1.0

Vegetasiya dövründə (2-3 dəfə): çiçəklənmənin

sonu, salxımlanmadan əvvəl və meyvələrin rənglənməsindən əvvəl çiləmə

Çiyələk, moruq, qarağatlar

Boz çürümə (Botrytis cinerea)

0.8-1.0

Vegetasiya dövründə çiləmə (2-3 dəfə)

 

DA Switch Pro boz çürümədən mühafizə üçün hazırlanmış xüsusi fungisiddir, ikinci çürümə törədicilərini zəiflədir. Cyprodinil sistem təsirli fungisid olub tətbiq olunduqdan sonra yarpaqlardan bitkiyə sirayət edir. Həm daxildə, həm də yarpaq səthində göbələklərin penetrasiyası və mitseli böyüməsini zəiflədir. Fludioksonil qeyri-sistem fungisid olub uzunmüddətli müalicəvi təsirə malikdir. Əsasən, konidiyaların daha az göbələk artırmalarının və mitselilərin böyüməsini zəiflədir.

    • Boz çürümədən mühafizə zamanı (gilələrin qovuşması) mərhələsində çiləmənin aparılması çox vacibdir, çünki bu mərhələ preparatın salxım daxilinə düşməsi üçün son imkandır. Üzümdə, tumlu, çəyirdəkli və sitrus meyvələrində, həmçinin çiyələkdə boz çürümə, klasteoporoz, albalı moniliozu xəstəliklərindən mühafizə edir.
    • Hava şəraitindən və yoluxma dərəcəsindən asılı olaraq bioloji səmərəlik 7–14 gündür.
    • Əksər fungisidlərlə və insektisidlərlə uyğunlaşır. Əvvəlcədən təyin olunmuş yerlərdə sınaqdan keçirilməsi məsləhət görülür.
    • Preparat öz qabında, quru və sərin, pestisidlərin saxlanılması üçün nəzərdə tutulan xüsusi yerdə saxlanılmalıdır! +5° – +35°C temperaturda saxlanılır. Günəş şüalarından qoruyun! Uşaqlardan, qida məhsullarından, içkilərdən və heyvan qidalarından uzaq saxlayın.