Ucarda “Aqrar Biznes” və “I Çəltik” festivalı keçirilib
  • 9
  • пятница, 23 октября 2026 г.

Ucarda “Aqrar Biznes” və “I Çəltik” festivalı keçirilib

Oktyabrın 23-də Ucar rayonunda kənd təsərrüfatının inkişafına, yerli istehsalın təşviqinə və aqrar biznes imkanlarının genişləndirilməsinə həsr olunan “Aqrar Biznes” və “I Çəltik” festivalı təşkil edilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ucar Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Parkı”nda keçirilən festivalın əsas məqsədi bölgənin aqrar potensialının nümayiş etdirilməsi, yerli fermerlərin dəstəklənməsi, çəltikçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi, kənd təsərrüfatı sahəsində mövcud biznes imkanlarının tanıdılması olub.

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ