Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb
  • 10
  • вторник, 27 октября 2026 г.

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.Qəbul cədvəlinə uyğun olaraq kənd təsərrüfatı naziri Məcnun Məmmədov oktyabrın 27-də İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ