Nazir Məcnun Məmmədov Gürcüstanda rəsmi səfərdədir
  • 28
  • Wednesday, November 26, 2025

Nazir Məcnun Məmmədov Gürcüstanda rəsmi səfərdədir

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasında rəsmi səfərdədir.

Səfər çərçivəsində nazir Məcnun Məmmədov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze, Gürcüstan Parlamentinin Aqrar Komitəsinin sədri Gela Samxarauli ilə görüşəcək. İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək geniş tərkibli görüşlərdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsinə dair aktual mövzuların müzakirəsi nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyətinin təsərrüfatlara və kənd təsərrüfatı məhsullarının emal müəssisələrinə səfəri də planlaşdırılır. 

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ