İmidal

  • Qablaşdırma: 0.1 l və 1 l

  • Mənşə: Çin

  • Aktiv maddə: Imidacloprid 300g/L + Lambda-cyhalothrin 100g/L

  • Tərkib növü: SC

Miqdar

İstifadə üçün göstəriş:

 

BİTKİLƏR

 

ZƏRƏRVERİCİNİN ADI

İSTİFADƏ NORMASI    kq, lt/ha

KİMYƏVİ MÜBARİZƏNİN İSTİFADƏ VAXTI

Üzüm

Yarpaqbükənlər (Lepidoptera)

0.3-04

 

 

 

 

 

 

 

 

 

Bitkilərin vegetasiya dövründə çiləmə

Xiyar, pomidor (açıq və qapalı sahələrdə); Soğan, sarımsaq, kələm

Mənənələr (Aphidolidea), Sovkalar (Noctuidae), Ağqanadlı (Aleyrodidae), Güvələr (Diphtera), Tripslər (Tripidae), Ağ kəpənək (Lepidoptera), Birələr (Psilidae)

 

0.1-0.2

Alma, armud, heyva, nar, gavalı və s.

Yarpaqbükənlər (Lepidoptera), Uzunburun (Coleoptera), Alma iç qurdu (Lepidoptera), Tripslər (Tripidae), Ballıca (Psyllidae)

 

0.3-0.4

Taxıl bitkiləri

Mənənələr (Aphidolidea), Taxtabitilər (Hemiptera), Böcəklər (Coleoptera), Tripslər (Tripidae)

0.3-0.4

Pambıq

Sovkalar (Noctuidae), Mənənələr (Aphidolidea)

0.4

Bostan bitkiləri

Mənənələr (Aphidoidea), Minalayacı güvə (Gracillariidae), Tripslər (Tripidae)

0.3-0.4

Dekorativ bitkilər

(açıq və qapalı sahələrdə)

Mənənələr (Aphidoidea), Tripslər (Tripidae)

0.3-04

Qoz, fındıq

Uzunburun (Coleoptera, Cuculionidae)

0.4

İmidal ziyanvericilərlə geniş spektrli mübarizə üçün iki təsiredici maddədən ibarət insektisiddir. İmidakloprid və Lambda-siqalotrin kontakt və sistem təsirli olub bağırsaq yolu ilə təsir xüsusiyyətinə malik insektisiddir. Ziyanvericinin mərkəzi sinir sisteminin funksiyalarını pozaraq onu iflic edir.

    • Sorucu və gəmirici zərərvericilərə qarşı istifadə olunur.
    • Hava şəraitindən, tətbiq vaxtından və yoluxma dərəcəsindən asılı olaraq bioloji səmərəlik 14–21 gündür.
    • Əksər fungisidlərlə və insektisidlərlə uyğunlaşır. Əvvəlcədən təyin olunmuş yerlərdə sınaqdan keçirilməsi məsləhət görülür.
    • Preparat öz qabında, quru və sərin, pestisidlərin saxlanılması üçün nəzərdə tutulan xüsusi yerdə saxlanılmalıdır! +5° – +35°C temperaturda saxlanılır. Günəş şüalarından qoruyun! Uşaqlardan, qida məhsullarından, içkilərdən və heyvan qidalarından uzaq saxlayın.